RU
İşğaldan azad edilmiş ərazilərdə son bir ayda 1403 mina aşkarlanıb
20:20
349

İşğaldan azad edilmiş ərazilərdə son bir ayda 1403 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək həmin ərazilərdə 1087 piyada əleyhinə, 316 ədəd tank əleyhinə mina, 461 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Göstərilən müddət ərzində 563 ha ərazi minalardan təmizlənib.

Ümumiyyətlə, 10.11.2020-ci ildən 03.07.2021-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə 8509 piyada əleyhinə, 3959 tank əleyhinə mina, 9493 PHS aşkarlanıb. 3326 ha ərazi isə minalardan və PHS-lərdən təmizlənib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ