"Nikoyl Bank”da işçilər ixtisar edilir, bonuslar kəslir, maaşlardan tutulur, filial müdiri xəstəxanalıq olub.
Maliyyə Bazarlarına Nəzarət Palatası bankda baş verənlərə niyə müdaxilə etmir?
7News.az Gununsesi.info-ya istinadən xəbər verir ki, "Nikoyl”
İnvestisiya Kommersiya Bankı” ASC-də gərginlik davam edir. Bu bankda yeni
rəhbərliyin 100-dən artıq əməkdaşı ixtisara salması, işini itirmək
istəməyənlərə qarşı qanuna zidd yollarla təzyiqlər edilməsi barədə məlumat
verilmişdi. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, bankın rəhbərliyində
təmsil olunanların qanunsuz əməlləri pik həddə çatıb. Belə ki, filial
müdirlərinə və departament rəhbərlərinə təzyiq göstərilərək zorla işdən getməsi
barədə əzrizə yazmaq tələb olunur. Eyni zamanda filial müdirlərinin bonusları
bankın qaydalarına zidd olaraq kəsilib. Onlara nəzərdə tutulan məbləğin cəmi
25-30 faizi ödənib. Buna etiraz edən bank işçilərinə isə Elnur Vəliyev qapını
göstərib. Xəbərdə daha sonra qeyd olunur ki, təzyiqlərlə üzləşən Sumqayıt
filialının rəhbərinın səhhəti pisləşib və o hazırda xəstəxanada müalicə olunur.
Mənbənin məlumatına görə, bankda çalışan bütün işçilərin maaşlarının 1 faizi
tutulur. Buna səbəb kimi həmin vəsaitin həmkarlar təşkilatına ödəndiyi
bildirilir. Amma mənbə bildirir ki, "Nikoyl Bank”da həmkarlar təşkilatı mövcud
deyil. Saytı bilgiləndirən mənbə daha sonra qeyd edib ki, işdən çıxarılan
əməkdaşların yerinə əsasən bu yaxınlarda fəaliyyəti dayandırılan "Zaminbank” və
"Bank Standard”ın əməkdaşları götürülür. Bu bankda iş tapanların əksəriyyəti
bir il və daha çox işsiz qalanlardır. Amma onlar haqqında heç bir araşıdrma
aparılmır, peşəkarlıq səviyyələri, əvvəlki fəaliyyətləri yoxalanılmır ki, bu da
bankın təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayıla bilər.
Təzyiqə məruz qalan əməkdaşlar təəssüflənir ki, hazırda təlatümlü dövrünü yaşayan bank sektorunun əsas oyunçularından biri olan "Nikoyl Bank”da baş verənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının, eyni zamanda bank səhmdarlarının diqqətindən kənardadır. Kütələvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur. Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açqılamasında bank sektorunda ixtisara düşən 3 minə yaxın işçiyə müavinət ödənməsində çətinliklər yarandığını bildirmişdi. Nazirin sözlərinə görə, bank sektorunda kifayət qədər yüksək əmək haqqı alan əməkdaşlara ödəməyə vəsait çatışmır. Hökumətin bu məqsəd üçün ayırdığı 15 milyon manat artıq tükənib və növbəti aylarda müavinətləri ödəmək üçün yeni mənbələr lazımdır. Bunu həyata keçirmək isə nazirliyin imkanları daxilində deyil. Mənbə qeyd edir ki, "Nikoyl Bank”ın yeni rəhbərliyinə daxil olan F. Hacınski və onun "sağ əli” Elnur Vəliyev normal fəaliyyət qabiliyyətini qoruyub saxlamağa nail olmuş bankda süni ajiotaj yaratmaqla həm bankın özünü, həm işçiləri, həm də dövlət qurumlarını çətin vəziyyətdə qoyur. "Ümid edirik ki, tezliklə bankda yaranan xoşagəlməz duruma müdaxilə olunacaq və vəziyyət normallaşacaq. Əks halda, təzyiqə məruz qalan işçilər hüquqlarını qorumaq üçün bütün qanuni vasitəlrədən istifadə edəcəklər”-deyə mənbə vurğulayıb.
Xatırladaq ki, "Nikoyl” İnvestisiya Kommersiya
Bankı” ASC-nin əsas səhmdarları "Topaz İnvestments” QSC – 91.84 faiz, "NİKOYL”
QSC – 7.97 faiz, "ISR Holding” MMC – 0.19 faiz payla təmsil olunur. Bankın
əsas səhmdarının Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərova
məxsus olduğu bildirilir.
Məsələ ilə bağlı bankın rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.
7News.az








