Yaponiyanın ən böyük, dünyanın isə 5-ci ən böyük reklam şirkəti olan " Dentsu"nun icraçı direktoru Tadaşi Işii ağır iş rejiminə görə intihar edən işçilərinə görə vəzifəsindən azad edilib.
7news.Az teleqraf.com-a istinadən bildirir ki, şirkətin 9 aylıq işçisi, Tokio Universitetinin məzunu Matsuri Takahaşi adlı 24 yaşlı qadın keçən il intihar etmişdi. Onun həddindən artıq işlədiyi üçün intihar etdiyi qeyd olunub.
2011-ci ildən şirkətə rəhbərlik edən Tadaşi Işii keçirdiyi mətbuat konfransında "Ağır iş şəraiti olmamalıdır. Baş verənlərə görə, dərin peşimanlıq hissi keçirirəm və özümü günahkar sayıram. Yanvar ayında istefaya gedəcəm" deyə bildirib.
Xatırladaq ki, gənc qadın intihardan öncə sosial şəbəkədə "ölsəm bunda yaxşıdır" mesajını paylaşıb.
Qeyd edək ki, Yaponiyada ağır iş yükünə görə intiharlar geniş yayılıb. Bu cür hallar Yaponiyada "Karoşi" adlandırılır.
7news.Az









