Nəsib Məhməliyev YAP-dan deputat olacaq.
Xəbər verildiyi kimi, dünən prezidentin sərəncamı ilə bir sıra icra başçılarının yeri dəyişdirilib. Eldar Əzizov Sumqayıt şəhərindən Səbayel rayonuna, Zakir Fərəcov Abşeron rayonundan Sumqayıt şəhərinə, Asif Əsgərov Səbayeldən Nəsimi rayonuna, İradə Gülməmmədova isə Abşeron rayonuna icra başçısı təyin olunub.
7News.Az xəbər verir ki, bu yerdəyişmələr fonunda işdən çıxarılanlar da olub. Belə ki, Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyev postundan alınaraq, heç bir vəzifəyə keçirilməyib. Amma onunla bağlı plan əvvəlcədən olub.
Nəsib Məhməliyev icra başçısı görəvindən alınsa da, bunun müqabilində ona deputat mandatı sözü verilib. Belə ki, sabiq icra başçısı YAP-ın siyahısında yer alacaq və onun Rəbiyyət Aslanovanı əvəzləyəcəyi deyilir.








