RU
İşdən çıxarılan Mingəçevir şəhər Polis şöbəsinin rəisinə “Azərişıq”da vəzifə verildi
20:30
3632

İşdən çıxarılan Mingəçevir şəhər Polis şöbəsinin rəisinə “Azərişıq”da vəzifə verildi

Məlumat təsdiqlənib.

Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər Polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib.

7news.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev xəbəri təsdiqləyib.

Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı xəbəri azadliq.info saytı yayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ