“Qızlar xəlifət döyüşçülərinin seks kölələri olmaqdan imtina etdikləri üçün cəzalandırılıblar”.
İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində 19 kürd əsilli qızı ictimaiyyət qarşısında edam ediblər.
Bu barədə 7news.Az RİA Novosti-yə istinadən xəbər verir.
Hadisə şahidi Abdulla əl-Mallanın sözlərinə görə, iyunun 2-də İŞİD terrorçuları Mosulun mərkəzi meydanlarının birində 19 qızı yüzlərlə insanın gözü önündə yandıraraq edam ediblər.
“Qızlar xəlifət döyüşçülərinin seks kölələri olmaqdan imtina etdikləri üçün cəzalandırılıblar”, - Abdulla deyib.
“Onları dəhşətli edamdan xilas etmək üçün heç kim heç nə edə bilmədi”, - o əlavə edib.
7news.Az








