RU
İŞİD 4200 km uzaqdan vuruldu - VİDEO
15:30
416

İŞİD 4200 km uzaqdan vuruldu - VİDEO

Britaniyanın Kral Hərbi-Hava Qüvvələrinin (RAF) komanda heyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

RAF-ın İngiltərənin Linkolnşir qraflığındakı Uoddinqton aviabazasındakı xüsusi komanda məntəqəsi Suriyanın Əbu Kamal şəhərində İŞİD-ə zərbə endirib.

Qətərdəki Əl Üdeyd aviabazasından səmaya qalxan "Reaper" dronu Əbu Kamala yönələrək şəhərdə İŞİD-i "Hellfire" raketi ilə vurub.

İŞİD Əbu Kamal şəhərinin mərkəzi meydanında "kafirlikdə və xəyanətdə" suçladığı bir şəxsi edam etməyə hazırlaşırdı.

Edam ediləcək şəxs meydanın ortasına gətiriləndə "Reaper" dronundan "Hellfire" raketi buraxılıb.

Raket meydanda İŞİD-in snayperinin və komandirlərinin olduğu məkanı darmadağın edib.

 

Dron hadisə yerindən 4200 km uzaqdan, Uoddinqton bazasından idarə olunurdu./milli

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD 4200 km uzaqdan vuruldu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ