RU
İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb
22:15
620

İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb

Taşfin Malik “facebook”da status paylaşıb.

İŞİD terror qruplaşması Kaliforniya ştatının San-Bernardino şəhərindəki kütləvi qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

7news.az Lenta-ya istinadən xəbər verir ki, terror təşkilatının iki davamçısı bir neçə gün əvvəl San-Bernardino şəhərindəki mərkəzə hücum edib.

Onlardan biri Seyid Rizvan Faruk azı iki terror təşkilatı, o cümlədən “Əl-Qaidə” və “Cəbhat ən-Nusra” ilə əlaqədə olub. Həmçinin onunla birgə hücumda iştirak etmiş həyat yoldaşı Taşfin Malik hücumdan əvvəl “facebook” sosial şəbəkəsində İŞİD lideri Abu-Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini əks etdirən status paylaşıb.

Xatırladaq ki, atışma dekabrın 2-də baş verib. Cinayətkarlar şəhərdəki sosial təminat mərkəzinin konfrans zalına daxil olaraq orada olanlara atəş açıblar. Nəticədə 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb. Atəş açan şəxslər zərərsizləşdirilib.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ