RU
İŞİD ABŞ hərbçilərinə hücum etdi: ölənlər var - VİDEO
12:10
342

İŞİD ABŞ hərbçilərinə hücum etdi: ölənlər var - VİDEO

Suriyanın şimalında yerləşən Mənbic şəhərində ABŞ hərbçiləri hücuma məruz qalıb. Terrorçu kamikadze patrulda olan ABŞ hərbçilərinin yanında üzərində olan partlayıcı kəməri işə salıb.

7News.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İnsident Mənbicin əsas bazarı yaxınlığında yerləşən restoranın qarşısında baş verib.

İntihar partlayışı nəticəsində iki ABŞ hərbçisi, ABŞ Müdafiə Nazirliyinin mülki işçisi və bir podratçı həyatını itirib. ABŞ mərkəzi komandanlığının bəyanatına görə, daha üç amerikalı əsgər yaralanıb.

ABŞ qoşunları hazırda Mənbicdə şəhəri pərakəndə düşmüş İŞİD döyüşçülərindən təmizləyən kürd və ərəb özünümüdafiə qüvvələrinə dəstək göstərir.

İntihar partlayışının müşahidə kamerasına düşmüş görüntüsü yayılıb. Partlayışdan sonra  hadisə yerinə ABŞ ordusuna aid helikopter gəlib və yaralı hərbçilər təxliyyə olunub.

Mənbicin yerli səhiyyə komitəsinin başçısı partlayış nəticəsində ABŞ hərbçiləri daxil olmaqla, 18 nəfərin öldüyünü bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ