İŞİD Avropada yeni hücumlar həyata keçirəcək.
Bu sözləri Avropa Polis Təşkilatının (Avropol) direktoru Rob Vainvriq Hollandiyanın Amsterdam şəhərində keçirilən toplantıda deyilib.
Vainvriq vurğulayıb ki, ən böyük terror riski Fransadadır:
“İŞİD Parisdə törətdiyi silsilə terror aktlarından sonra strategiyasını dəyişib və yeni hücumlara hazırlaşır. İŞİD-in tərkibində 5 min əcnəbi döyüşçü var”.
Bundan əlavə, təşkilata üzv olan ölkələr terrora qarşı mübarizədə güclü əməkdaşlığın vacib olduğunu vurğulayıblar.
7news.az








