RU
16:36
417

"İŞİD bizim səhvimiz nəticəsində yarandı" - Barak Obama

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama İŞİD terror təşkilatının meydana çıxmasında ölkəsinin rolunu etiraf edib.

Hərbi Hava Qüvvələrinin Florida ştatındakı bazasında çıxışı zamanı o bildirib ki, ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlarında yol verdiyi səhvlər İŞİD-in yaranmasının səbəblərindən biri idi. "Ağ Ev” rəhbəri qeyd edib ki, ABŞ hazırda terrorçu təşkilatla mübarizədə 2003-cü ildəki bəzi səhvləri təkrarlamır. Məsələn, Suriya və İraqdakı terrorçularla mübarizə üçün Amerika batalyonları cəlb olunmayıb.

ABŞ İŞİD-i məhv etmək üçün hələ 2014-cü ildə koalisiya yaradıb ki, bura da 70 ölkə qatılıb. Üstəlik, Pentaqon yerli dəstələrə də təlimlər keçərək, onları xüsusitəyinatlılar və müxtəlif texniki vasitələrlə təmin edib. Amerika liderinin sözlərinə görə, koalisiya terrorçulara 16 mindən çox zərbə endirib. İŞİD isə nəzarət etdiyi ərazilərin yarıdan çoxunu itirib. Bununla belə, Obama qeyd eidb ki, Yaxın Şərqdə ekstremizmlə bir neçə nəsil mübarizə aparmalı olacaq.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ