İŞİD terror təşkilatı Mosulun Hud kəndində 2014-dən bu yana 83 nəfəri edam edib.
Bu barədə Kürdüstan Demokrat Partiyasının Mosul üzrə mətbuat katibi Səid Memuzini məlumat verib.
O bildirib ki, öldürülənlərin əksəriyyəti Cıbur tayfasının üzvü olub. Onlar əvvəllər İraq ordusu və təhlükəsizlik qüvvəllərində vəzifə tutmaqla ittiham ediliblər.
7news.az








