İŞİD terrorçuları İraqın Mosul şəhərində bir neçə kilsəni partladıb.
Bu barədə Mosul valisi Nevfel Həmadi deyib. O bildirib ki, Tilkef qəsəbəsində yerləşən bütün kilsələr dağıdılıb.
Həmadi hadisədə ölən yaxud yaralananlar haqqında məlumatın olmadığını bildirib.
Qeyd edək ki, İŞİD terror qruplaşması son bir ildə İraq və Suriyada xeyli sayda tarixi və maddi-mədəniyyət abidələrini dağıdıb.
7news.az








