Böyük Britaniya Kral Hava Qüvvələri İŞİD terror qruplaşmasına qarşı ilk dəfə “Brimstone” raketlərindən istifadə edib.
Kiçik obyektləri vura bilən raket saatda 112 kilometr sürətlə hərəkət edir.
Raketin bir ədədinin qiyməti 100 min funt-sterlinqdir.
İki “Tornado” və bir pilotsuz təyyarədən istifadə edildiyi hücumda İŞİD-in paytaxtı hesab olunan Rakkadakı ərzaq maşını, iki bina və qərargah vurulub. Hücumda “Brimstone” ilə yanaşı “Hellfire” raketlərindən də istifadə edilib./publika
7news.az








