İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terrorçularından azad edilməsi məqsədilə aparılan əməliyyat davam edir.
İŞİD lideri terrorçulara şəhəri tərk etməyi yasaqlayıb. İŞİD mənsublarına hətta ailə üzvlərini, xüsusilə də arvadlarını və qızlarını şəhərdən çıxarmaq qadağan olunub.
Fəqət, İŞİD-çilər şəhərdən qaçırlar. Bu gün qadın paltarında olan bir neçə terrorçu şəhər kənarında tutulub.
Hazırda Mosulda təqribən 5 min İŞİD mənsubu var.
7News.az








