İraq Şam İslam Dövləti (İŞİD) Suriyada daha bir bölgəni ələ keçirib.
7news.az CNN-ə istinadən xəbər verir ki, terror qruplaşması Mehin qəsəbəsinə hücum edib.
Hələbin cənubundakı qəsəbəni ələ keçirən İŞİD 50 suriyalı əsgəri öldürüb.
İŞİD üçün qəsəbənin ələ keçirilməsi böyük əhəmiyyət kəsb edib.
Belə ki, İŞİD Şamı Humus və şimaldakı digər şəhərlərlə bağlayan yola 20 km yaxınlamış olub.
Xatırladaq ki, İŞİD bir müddət əvvəl Hələbdə bir neçə yaşayış məntəqəsini ələ keçirmişdi.
7news.az








