Hamımızı bir otağa yığmışdılar. Böyük otaqdı, onlarla qadın və balaca qız vardı. Terrorçular sonra bizə tərəf gəldilər, aramızdan balaca qızları seçdilər. 8 yaşlı qızı elə orada zorladılar. O qızın qışqırtısı hələ də qulaqlarımdadır".
2014-cü ilin yayında "İraq və Şam İslam Dövləti"nin (İŞİD) İraqın şimalında ələ keçirdiyi Sincar vilayətində əsir aldığı on minlərlə yezid arasında minlərlə qadın da terrorçuların kölələrinə çevrilmişdilər.
İŞİD terrorçuları yezid qadınları və qızları Mosul şəhərinə aparmış, bir hissəsini "hərəm" etmiş, yerdə qalanlarını isə qul kimi satmışdılar.
Londondakı "Quilliam Foundation"un hazırladığı "The Children of Islamic State" hesabatında bu barədə bəhs olunur.
Hesabatda deyilir ki, İŞİD əsir aldığı yezid qadınların bir qismini Mosuldan 60 kilometr qərbdəki Telafar şəhərindəki məktəblərə yerləşdirib və "ilkin seçim" də orada aparılıb.
Buşra adlı yezid qadın danışır: "Məni orta yaşlı, saqqallı bir terrorçu evinə apardı. Dediyinə görə, məni satın almışdı. Onu evində daha 3 qadın və 13 yaşlı qız da vardı. Bu zavallıları da Təlafarda satın alıbmış. Həmin gecə 13 yaşlı qızı döydü, sonra zorladı. Qız səhərədək qışqırırdı".
Hesabatda bildirilir ki, İŞİD-in İraqda ələ keçirdiyi yezid qadınlar sonradan kölələr təki bir çox ölkələrə, o cümlədən Əfqanıstana, Pakistana satılıblar.
Umma adlı 23 yaşlı qadını isə terrorçular Suriyanın Rəqqa şəhərinə aparmışdılar.
"Burada bizi bir evə apardılar, orada lüt soyundurub sıraya cərgə ilə düzdülər. Saqqallı "alıcı"lar gəlir, baxır, bəyəndiklərini pulla alıb gedirdilər. Sanki insan yox, heyvandıq", - Umma deyib.
Süleyman Mikayılovdan Vasif Talıbova hörmətsizlik: “Onunla işləməkdənsə…”








