İŞİD terror qruplaşması "yer-hava" tipli raketlərini hazırlayıb.
Bu barədə Britaniyanın "Sky News" telekanalı bildirib.
Kanalın məlumatına görə, raketlərlə hərbi təyyarələri vurmaq mümkündür. "Sky News", həmçinin qeyd edib ki, İŞİD paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki laboratoriyalardan birində raketlərin döyüş başlığı üçün lazım olan əldəqayırma istilik akkumulyatorları hazırlayıb. Bu iş üçün peşəkar alimlər və ekspertlər cəlb olunub.
Öz növbəsində "The Independent" yazıb ki, İŞİD-in istilik akkumulyatorlarını hazırlaması terror qruplaşmasının yüksək ixtisaslı mütəxəssislərə malik olduğunu göstərir.
2015-ci ilin oktyabr ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib ki, İŞİD-in silah arsenalında daşınabilən zenit-raket kompleksləri var./publika
7news.az








