"İraq və Şap İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqda daha iki nəfəri edam edib.
7News.Az xəbər verir ki, edamla bahəm, terrorçular Fransanı hədələyərək iyulun 14-də Nitsada törədilmiş məşum teraktın təkrarlanacağını deyiblər.
İŞİD "casusluqda və xəyanətdə" suçladığı iki nəfərin başını İraqın Naynava vilayətində, Mosul şəhərində kəsib.
Edamın əks olunduğu 7 dəqiqəlik videoda İŞİD cəlladlarından biri deyir: "Fransa prezidenti Fransua Olland! Bu edamlar Parisdə, Marseldə və Nitsada təkrarlanacaq! Gözlə bizi!"








