RU
İŞİD-dən Ermənistana ilk zərbə
21:24
2011

İŞİD-dən Ermənistana ilk zərbə

İrəvanın "Zvartnots" aeroportunda terrorçu saxlanılıb.

7news.az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiyanın RİA-Novosti agentliyi məlumat yayıb.

Polisin yaydığı məlumata görə, saxlanılan Bəhreyn vətəndaşı terrorçuluqda təqsirləndirilir.

"Saxlanılan şəxs öz vətənində qətlə cəhddə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində, terrorçuluqda və kütləvi itaətsizlik tədbirlərinin təşkilində təqsirləndirilir", - deyə yayılan məlumatda bildirilib.
Saxlanılan şəxs İrəvan polisinin təcridxanasına aparılıb. Həmçinin onun saxlanılması ilə bağlı Baş Prokurorluğa və İnterpolun Ermənistan bürosuna məlumat verilib.
Tutulan terrorçunun İŞİD-lə əlaqəsinin olması istisna edilmir. Çünki Bəhreyndən İŞİD terror təşkilatına kifayət qədər insan qoşulub. Bəhreynli terrorçuların bəziləri Türkiyə - Suriya sərhədində saxlanılıb. Hətta bəzi mənbələr Bəhreyn hakimiyyətinin terrorçulara 12 milyon dollar maliyyə yardımı göstərdiyini bildirir Bəhreyn vətəndaşlarının adı dünyada baş verən bəzi terror hadisələrində hallanır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ