İŞİD terror təşkilatı döyüşçüləri Suriyanın əl-Qaryatain şəhərində kütləvi edam həyata keçirib.
Terrorçuların budəfəki hədəfi şəhərdə yaşayan 21 xristian olub. Bununla bağlı Suriya pravoslav kilsəsinin patriarxı II Ignatius Aphrem məlumat verib.
Onun sözlərinə görə, edam edilənlərdən 3-ü qadındır: "Daha beş nəfər itkin düşüb. Ehtimal olunur ki, onlar da öldürülüb".
Qeyd edək ki, İŞİD-çilər ötən ilin avqustunda əl-Qaryatain şəhərini ələ keçirib./teleqraf.com
7News.Az








