RU
İŞİD-dən qaçıb bir metrlik palçığa düşdülər
10:01
450

İŞİD-dən qaçıb bir metrlik palçığa düşdülər

"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) vəhşiliklərindən və bombardmanlarından qaçan insanlar təbii fəlakətlərin mərkəzinə düşüblər.

Yüzlərlə daxili köçürülməyə məruz qalan insan Bağdadda leysan yağışlardan sonra başlamış güclü daşqınlardan əziyyət çəkir.

Böyük su kütləsi insanların müvəqqəti çadırlarda yaşadığı yerli düşərgələrdən birində fəlakətə səbəb olub. İndi məcburi köçkünlərin evləri hündürlüyü bir metrə çatan palçığın içərisində qalıb.

Daşqınlar İraq paytaxtında su təchizatı sistemini tamamilə sıradan çıxarıb.

Qonşu küçələrdən olan bəzi sakinlər qaçqınları öz evlərində yerləşdiriblər. Lakin yüzlərlə insan hələ də açıq səma altında qalıb./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ