Rusiya Müdafiə Nazirliyi İŞİD terrorçularının silah-sursatlarını məscidlərin ətrafına yığmasını əks etdirən video yayıb.
Nazirlik İŞİD-in bu addımı rus qırıcılarının hədəfi olmamaq üçün atdığını açıqlayıb. “Terrorçular qırıcılarımızın heç vaxt məscidləri vurmayacağını bilir. İŞİD montaj vasitəsilə Rusiyanın məscidləri vurduğunu iddia edəcək təxribat hazırlayır”, - deyə nazirliyin məlumatında bildirilib.
7news.az








