Suriyada "Fərat Qalxanı” əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı 4-ə çatıb.
7News.az-ın məlumatına görə, İŞİD terrorçularının hücumu nəticəsində daha 15 əsgər yaralanıb. Bölgədə hərbi qüvvələrlə terrorçular arasında şiddətli atışmaların davam etdiyi barədə məlumatlar var.








