İŞİD terror qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
Bu barədə TASS “Əs-Sumariyə” telakanalına istinadən məlumat verib.
İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.
Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətiriblər və burada Əl-Kiyara meydanında onları edam ediblər./oxu
7news.az








