İŞİD ən vacib mərkəzlərindən birini itirdi.
Liviyada İŞİD-in qalası sayılan Sirte ordunun əlinə keçdi. Mosul və Rakkada mühasirəyə alınan terrorçu qruplaşma Afrikadakı ən vacib mərkəzini itirdi.
Bir neçə ay davam edən mübarizədən sonra Liviyada İŞİD-in qalası sayılan Sirte geri alındı. ABŞ hərbi hava qüvvələrinin hava hücumları ilə dəstək verdiyi əməliyyatda bu gün ordu qüvvələri şəhəri nəzarətə götürüb.
Ordunun mətbuat xidmətinin katibi Rida İssa İŞİD-in Şimali İraqdakı ən vacib mərkəzinin tamamilə təmizləndiyini bildirib. Bu gün səhər saatlarında Sirtedə bir çox terrorçu təslim olub.
Sirte İraq və Suriyadan sonra İŞİD-in fəaliyyət gösərdiyi ən vacib ərazi idi. Liviyanın ordu birləşmələri yay aylarında ABŞ əsgərlərinin də iştirak etdiyi əməliyyata başlamışdı.
Qeyd edək ki, İŞİD 2015-ci ildə Sirte şəhərini işğal etmişdi./olke.az
7news.Az








