Rusiyada İŞİD-ə tərəfdar toplayan 26 yaşlı azərbaycanlı qadın həbs olunub.
Hüquq-mühafizə orqanları Kemerovo vilayətində internet üzərindən İŞİD-in təbliğatını aparan və tərəfdar toplayan iki qadını saxlayıblar.
Qadınlardan biri Kemerovo vilayətində yaşayan 26 yaşlı azərbaycanlı, digəri isə 25 yaşlı Novokuznetsk sakini olub. Onların 2014-cü ildən bu işlə məşğul olduğu müəyyənləşib. Qadınların kimliyi haqda hələlik məlumat verilmir./publika
7news.az








