RU
İŞİD-ə qarşı yeni əməliyyatlar başlandı
12:00
306

İŞİD-ə qarşı yeni əməliyyatlar başlandı

İraq ordusu Suriya ilə sərhəddə yerləşən və "İslam dövləti" qruplaşmasının son dayaq nöqtəsi olan Tall-Afar şəhərinin terrorçulardan azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.

Bu haqda İraqın baş naziri Heydər Əl-Abadi deyib.

O bazar günü televiziya verdiyi açıqlamasında bildirib: "Əziz xalqımız, Tall-Afaranın azad olunması üçün vaxt çatıb".

Onun sözlərinə görə, İraq ordusunun bütün mövqeləri azad olunması üçün şəhər istiqamətinə göndərilir.

Baş nazir deyib: "İŞİD-ə ya təslim olmaq, ya da ölmək qalır"./trend
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ