Küveytdə İŞİD qruplaşmasını silah və pulla təchiz edən qrup üzvləri həbs olunub.
Livan vətəndaşı Osama Həyat iddia edildiyinə görə, İŞİD üçün silah-sursat və raketlər aldığını etiraf edib.
Bu haqda Küveytin Kuna xəbər agentliyi Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Məlumatlara əsasən, daha 5 nəfər həbs olunub.
İyun ayında Küveytin qədim şiə məscidinə hücum zamanı 27 nəfər həlak olmuşdu.
Bu hücumu İŞİD qrupu ilə əlaqəli olan Nəcd Vilayəti adlandıran dəstənin həyata keçirdiyi bildirilib./qafqazinfo
7news.az








