RU
İŞİD Fransada daha bir terror aktı törətməyi planlaşdırırmış
18:59
437

İŞİD Fransada daha bir terror aktı törətməyi planlaşdırırmış

Fransa Daxili Təhlükəsizlik İdarəsinin (DGSI) əməkdaşları Nitse şəhərində terror aktı törətməyi planlaşdıran iki qızı saxlayıb.

7news.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Parisien" qəzeti məlumat yayıb. Nitse sakinləri olan 17 və 19 yaşlı qızlar sentyabrın ortalarında saxlanılıb.

Qızların messencer vasitəsi ilə Fransa vətəndaşı olan İŞİD terrorçusu Rəşid Kassim ilə əlaqə saxladıqları üzə çıxıb.

O da bildirilir ki, qızlardan biri barədə bundan əvvəl terrorçu qrupla əlaqəli cinayət işi ilə bağlı araşdırma aparılıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ