RU
İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi
14:48
996

İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi

İŞİD-çilərin Dəməşq yaxınlığındakı “Al Badia Cement” zavodundan girov götürdüyü 300 nəfərin taleyindən xəbər var.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hərbçilərinin məlumatına görə, əsir götürülənlərin 175 nəfəri edam edilib.

Qeyd edək ki, İŞİD yaraqlıları tez-tez belə kütləvi edamlar həyata keçirirlər. Belə ki, yanvarda Deyr-Əz-Zore şəhərində dinc suriyalılarının 280 nəfəri kütləvi şəkildə edam edilib. İraqın Mosul şəhərində isə edam olunanların sayı 4 min nəfərdən artıqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ