RU
İŞİD-in baş cəlladı öldürüldü
23:45
416

İŞİD-in baş cəlladı öldürüldü

İraqda naməlum şəxslər "İslam dövləti” terror təşkilatının baş cəlladını öldürüblər.

Bu barədə "The Daily Mail” nəşri İraq xəbər agentliklərinə istinadən məlumat yayıb.

"Yanvarın 29-da  bir qrup silahlı şəxs İŞİD-in ən məşhur cəlladı Əbu Səyyafı qətlə yetirib. Onu Mosulun qərbində Əl-Davas rayonunda pusquya salıblar. Əbu Səyyafa bir neçə bıçaq zərbəsi endirilib və o hadisə yerində keçinib”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd olunur ki, Əbu Səyyaf İŞİD-in Naynava vilayətinin rəhbəri olub və bu vaxta qədər 100-dən çox insanın başını kəsib. Öz qurbanlarının başlarını kolleksiya edən terrorçu İŞİD-in təbliğat xarakterli videolarında da bir neçə dəfə görüntülənib. /oxu.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ