RU
İŞİD-in daha 3 lideri öldürüldü
21:30
383

İŞİD-in daha 3 lideri öldürüldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində İŞİD terror qruplaşmasının 3 əsas lideri öldürülüb.

Bu barədə Pentaqon rəhbəri Eşton Karter bildirib.

Qeyd olunur ki, zərərsizləşdirilənlər arasında 2015-ci ilin noyabrında Parisdə törədilmiş terror aktlarında əlaqəsi olanlar da var.

Pentaqon rəhbərinin mətbuat katibi Piter Kukun sözlərinə görə, aviazərbə dekabrın 4-də həyata keçirilib.

Aviazərbənin yeri haqda məlumat verilmir.

Onun sözlərinə görə, öldürülən döyüşçülərdən ikisi – Salah Qurmat və Sammi Cedunun İŞİD-in ikinci adamı Abu Məhəmməd əl-Adnani ilə sıx əlaqələri olub./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ