RU
İŞİD-in dəhşətli planı üzə çıxdı
02:30
847

İŞİD-in dəhşətli planı üzə çıxdı

Parisdə baş verən terror aktlarının bir nömrəli təşkilatçısı Əbdülhəmid Abaud başqa hücumlar da planlaşdırıbmış.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terrorçunun əsas hədəfi paytaxtın ən böyük şirkətlərinin yerləşdiyi "La Defens" binasını partlatmaq olub. Terrorçu noybarın 18-də həmin binanı havaya uçurmalı imiş. Lakin polisin təşkil etdiyi əməliyyatlar nəticəsində Əboud öldürülüb və qanlı hadisəni qabaqlamaq mümkün olub.

Terrorçunun planı barədə başqa dəlillər də aşkarlanıb. Lakin bu barədə açıqlama bir müddət sonra veriləcək. Bu arada, Paris hadisələrinin təşkilində şübhəli bilinən daha bir şəxsin adını açıqlanıb. İnterpol xətti ilə axtarışa verilən Məhəmməd Abrini sonuncu dəfə Parisdəki yanacaqdoldurma məntəqələrinin birində görünüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ