İŞİD-in Əfqanıstan üzrə lideri Hafiz Seyid və 11 döyüşçüsü Nangarhar şəhərində ABŞ-ın pilotsuz təyyarələri tərəfindən təşkil edilən hücumda öldürülüb.
Bu barədə Nangarhar şəhər valiliyinin sözçüsü Ataullah Hoqyanay deyib.
“Axşam saatlarında təşkil edilən hücumda Açin rayonunun Abdulhelo səmtində İŞİD-in önəmli toplantısı hədəf alınıb. İŞİD-in xeyli silah anbarları və avtomobilləri də məhv edilib”, - deyə Hoqyanay bildirib.
7news.az








