RU
İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı uşaq ölüb
01:40
793

İŞİD-in kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı uşaq ölüb

İraqda İŞİD silahlılarının kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı qız ölüb.

Terrorçular martın 9-da İraqın şimal-şərqində yerləşən Taz şəhərini atəşə tutarkən kimyəvi silahdan istifadə ediblər.
 
Nəticədə onlarla insan zəhərlənərək xəstəxanalara yerləşdirilib. Vəziyyət ağır olan 4 nəfər paytaxt Bağdada göndərilib.
 
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu yaxınlarda bəyan edib ki,  İŞİD İraq və Suriyada dəfələrlə kimyəvi silahdan, o cümlədən bibər qazından istifadə edib./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ