RU
İŞİD-in komanda məntəqəsi məhv edildi
22:50
203

İŞİD-in komanda məntəqəsi məhv edildi

Suriya aviasiyası bazar gününə keçən gecə Hələbin şərqində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) aid komanda məntəqəsini məhv edib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.
"Uçuş İŞİD-in Rəsm əl-Aləm və Əs-Sin kəndlərindəki komanda mərkəzi və pulemyotlarla təchiz olunmuş nəqliyyat vasitələrinin məhv edilməsi ilə nəticələnib", - deyə mənbə bildirib.
Agentlik qeyd edir ki, ötən gün Hələb yaxınlığındakı digər ərazilərə də aviazərbələr endirilib. Terrorçular Mənbic şəhərində ciddi itkiyə məruz qalıblar.

 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ