7NEWS.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimalında keçirilən hərbi əməliyyatda terror təşkilatı İŞİD-in yüksək səviyyəli rəsmilərindən Əbu Xəlil əl-Fədaninin ələ keçirildiyini açıqlayıb.
ABŞ-ın DEAŞ terror təşkilatına qarşı əməliyyatları davam edir. ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada Suriyanın şimalında helikopter dəstəyi ilə həyata keçirilən hərbi əməliyyatda terror təşkilatı DEAŞ-ın yüksək rütbəli rəsmilərindən Əbu Xəlil əl-Fədaninin ələ keçirildiyi açıqlanıb. Sentyabrın 23-də baş vermiş əməliyyatda ölən və yaralananların olmadığı vurğulanıb.
7NEWS.az








