İŞİD nəzarətində olan torpaqlardan zəkat, gömrük və gəlir vergisi vasitəsilə milyonlarla dollar qazanır.
7news.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzeti yazıb.
Məlumata görə, terrorçular Mosulda əkinçilikdən 20, gəlir vergilərindən isə 23 milyon dollar qazanır. İŞİD-in yığdığı gəlir vergisinin böyük hissəsini dolayısı ilə mərkəzi İraq hökuməti ödəyir. Rəsmi Bağdad terrorçuların nəzarətində olan bölgələrdəki 400 min işçisinə hələ də maaş verir.
İŞİD bundan əlavə, türk tacirlərdən il ərzində 140 milyon dollar gömrük vergisi alır.
Türkiyədən hər gün 600-ə yaxın yük maşınının Suriyaya keçmək üçün növbəyə düzüldüyü bildirilir.
7news.az








