RU
İŞİD-in yaydığı video yalan çıxdı - Türkiyə hərbçiləri...
12:05
540

İŞİD-in yaydığı video yalan çıxdı - Türkiyə hərbçiləri...

Bir neçə gün əvvəl İŞİD terrorçuları tərəfindən yayımlanan videogörüntülərin saxta olduğu üzə çıxıb.

7News.az xəbər verir ki, bu barədə "Sabah” qəzeti məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin son toplantısında videogörüntülər ətrafında müzakirələr aparılıb. Məlumata görə, videogörüntülərdə türk əsgəri olduğu iddia edilən şəxslərdən biri əslində terrorçudur. Konyada anadan olan həmin silahlı bir müddət əvvəl İŞİD-ə qoşulub. Digərinin türkiyəli hərbçi olduğu bildirilsə də, onun hansı şəraitdə İŞİD-in əlinə keçdiyi hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, həmin videogörüntülərdə 2 nəfərin yandırılaraq qətlə yetirildiyi əksini tapır. İŞİD onların türkiyəli hərbçi olduğunu iddia edib.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ