İŞİD terror təşkilatının döyüşçülərinin dinc əhalini “canlı qalxan” kimi istifadə etməsinin görüntüləri yayılıb.
7news.Az lenta .ruya istinadən xəbər verir ki, fotolar yaraqlıların Manbica şəhərindən geri çəkildiyi zaman lentə alınıb.
Bildirilir ki, şəhər avqustun 12-də İŞİD terrorçularından azad olunub. Elə həmin vaxt ekstremistlərin iki min nəfəri “canlı qalxan” kimi istifadə etməsinə dair məlumatlar yayılmışdır.
Yerli sakinlər bir gün sonra azad ediliblər.
7news.Az








