RU
İŞİD İraqda ərazilərinin yarısını itirib
23:02
220

İŞİD İraqda ərazilərinin yarısını itirib

İraq ordusu İŞİD-in nəzarəti altında olan ərazilərin təxminən yarısını azad edib.

Bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.

“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraq ərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ