İraq ordusu Ramadi şəhərinin mərkəzində İŞİD-i mühasirəyə alıb.
7news.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat ordunun Ramadi şəhərinə tabe olan 8 rayonu azad etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 22-də İraq ordusu Ramadi şəhərində İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Bu şəhər İŞİD-in əsas dayaqlarından biri hesab edilir.
7news.az








