İraq Şam İslam Dövləti Britaniyanın Baş naziri Devid Kemeronu təhdid edən video çarx paylaşıb.
Videoda narıncı rəngdə girov paltarında olan 5 ingilis Britaniyanın xüsusi xidmət orqanlarına casusluq etdiklərini etiraf edirlər.
Videoda Baş nazir Devid Kemeronun ünvanına təhdidlər səsləndirilir. Maraqlısı budur ki, qara üz geyimində Kemeronu təhdid edən İŞİD-çi Britaniya ləhcəsi ilə danışır.
Hazırda Britaniya rəsmisi faktla bağlı açıqlama vermir.
7news.az








