RU
İŞİD Kərbəlada terror aktı törətmək istəyib
20:45
336

İŞİD Kərbəlada terror aktı törətmək istəyib

Silahların ziyarətçilərə qarşı hücumda istifadə etməyi nəzərdə tutduğu deyilib

Kərbəla zəvvarlarına qarşı hücum planlaşdıran 7 nəfərdən ibarət terror qruplaşması aşkarlanıb.

İraqın Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, "Ərbəin" mərasimlərində İmam Hüseyn zəvvarlarının təhlükəsizliyi təmin edilib.

Qruplaşmanın zəvvarlara qarşı hücumlar həyata keçirmək niyyətində olduğu bildirilib. Yerli təhlükəsizlik qüvvələri dünən cənubda yerləşən Yusifiyyə bölgəsində İŞİD-ə aid olan silah-sursat anbarını ələ keçirib.

İŞİD-çilərin anbardakı silahdan ziyarətçilərə qarşı hücumda istifadə etməyi nəzərdə tutduğu deyilib./olke.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ