RU
İŞİD komandirindən əmr: ABŞ təyyarələrini vurmayın!
23:45
459

İŞİD komandirindən əmr: ABŞ təyyarələrini vurmayın!

İŞİD terror qruplaşmasına məxsus sənədlər ələ keçib.

Keçən həftə Mosul əməliyyatı çərçivəsində İŞİD-dən təmizlənən Başika qəsəbəsindəki bəzi qərargahlarda terrorçuların yazışmaları tapılıb. Belə ki, sənədlərdə Əbu Müaviyə adlı İŞİD komandarinin imzası ilə terrorçulara ABŞ təyyarələrinin vurulmaması əmr edilir.

Əmrin mətnində deyilir: "Hansı yüksəklikdə olursa-olsun, lap evlərin üstündən uçsa belə, təyyarələrə heç bir silahla atəş açılmasın".

Bəzi analitiklər bu faktın növbəti dəfə İŞİD terrorçularının ABŞ ilə əlbir olduğunu göstərdiyini bildirib./Trend

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ