İŞİD lideri Əbubəkr Əl-Bağdadi sağdır.
Bu barədə məlumatı Misirin "Əd-Dustur" qəzeti yayımlayıb. Məlumatda bildirilir ki, Bağdadi nəinki sağdır, eyni zamanda dövlət sərhədlərini rahat şəkildə keçir.
Qəzetin xəbərinə əsasən, İŞİD terror qruplaşmasının üç lideri İraqdakı bazanı tərk edərək Suriyaya yerləşiblər.
Qeyd edilir ki, Bağdadi sarı taksi ilə hərəkət edib. Bu isə onun gizliliyini təmin edib. İraq kəşfiyyatının qənaətinə əsasən terrorçu lider Suriyanın Deyr-əz-Zor şəhərindədir./olke.az
7news.Az








