RU
İŞİD lideri Türkiyəni
13:15
448

İŞİD lideri Türkiyəni "ateistlərin müttəfiqi" adlandırdı

"İslam dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi  tərəfdarlarını Mosuldan çəkilməməyə və İraq ordusuna qarşı müqavimət göstərməyə çağırıb.

Bu haqda "Frans Press" agentliyi məlumat yayıb.
 
Bu, 17 oktyabrdan, yəni Mosulda hərbi əməliyyatlar başlayandan sonra Bağdadinin ilk bəyanatıdır.
 
İŞİD rəhbəri terrorçuları Mosulu tərk etməməyə, Türkiyəyə hücuma da çağırıb. "Çünki Türkiyə ateistlərin müttəfiqidir", - deyə o əlavə edib.
 
Qeyd edək ki, Bağdadinin harada qaldığı məlum deyil. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, bu məlumatlar sonradan öz təsdiqini tapmayıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ