RU
İŞİD liderinin öldürüldüyü təsdiqləndi
16:30
119

İŞİD liderinin öldürüldüyü təsdiqləndi


İŞİD-in sözçüsü onların lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin İdlibdə Heyət Təhrir əş-Şamla qarşıdurmada öldüyünü və cənazəsinin Türkiyəyə gətirildiyini iddia edib.

7NEWS.az xəbər verir ki, İŞİD lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin öldürüldüyünü təsdiqləyib. İŞİD sözçüsü təşkilata bağlı Telegram kanallarında yayımlanan səs yazısında Qureyşinin İdlibdə Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatı ilə "birbaşa toqquşmalarda" öldüyünü bildirib. Sözçü əl-Qüreyşinin dəqiq nə vaxt öldürüldüyü barədə ətraflı məlumat verməyib və öldürülən lideri Əbu Hafs əl-Haşimi əl-Qureyşinin əvəzlədiyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ