İŞİD qısa məlumat yayaraq, təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqləyib.
7news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in yeni liderinin adının qısa zamanda açıqlanacağı bildirilir. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 28-də hava zərbələri zamanı Əl-Bağdadinin məhv edildiyini elan etmişdi.








